CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Əhalimiz təhlükənin sovuşmadığını dərk etməlidir”

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, ölkəmizdə koronavirusun ikinci dalğası ola bilər və buna hazır olmalıyıq
Rəşad Mahmudov: “Vətəndaşlarımıza tövsiyəm budur ki, arxayınlaşmasınlar”

“Azərbaycanda son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir”. Sputnik Azərbaycan xəbər verir ki,  bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə koronavirusun ikinci dalğası ola bilər və buna hazır olmalıyıq:

“Hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şayiələrə də uymasınlar. Karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq. Təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir”.

Rəşad Mahmudovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0