Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda tez-tez əsən külək iqlim dəyişikliiyinin nəticəsidir

© Sputnik / Murad OrujovВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyeva: Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb.

BAKI, 30 may - Sputnik. Son günlər Azərbaycanda küləkli günlərin sayı daha da çoxalıb. 

Məsələ ilə bağlı APA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, küləkli günlərin çoxalması sinoptik proseslərlə bağlıdır: “Soyuq atmosfer cəbhələri ölkə ərazisindən keçir. Bu, may ayı üçün səciyyəvidir, gözlənilən prosesdir. Ümumiyyətlə, Abşeron yarımadasında şimal küləyi tez-tez güclənir. 200 gündən çox şimal küləyinin üstünlüyü bizim üçün səciyyəvidir. Yəni, qeyri-adi hadisə deyil. Xüsusilə də Abşeron yarımadasında son onilliklərdəki statistik məlumatları təhlil etsək, sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayında artma tendensiyası var”. 

U.Tağıyeva deyib ki, Bakı küləklər şəhəridir və külək tez-tez güclənir: “Amma bu məsələyə daha qlobal yanaşsaq, iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, bütün dünyada hitrometeoroloji hadisələrdə artım tendensiyası müşahidə olunur. Biz Abşeronda küləklərlə bağlı araşdırma aparmışıq və müəyyən olunub ki, sürəti 25 metr/saniyədən artıq olan küləkli günlərin sayı artır. Bunu da iqlim dəyişikliklərinin təzahürləri ilə əlaqələndirmək olar”.

Xəbər lenti
0