BAKI, 29 may — Sputnik. Sabah Bakıda yenidən dezinfeksiya işləri aparılacaq. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir. Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, may ayının 30-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Sabah küçəyə çıxmayın - İcra Hakimiyyəti xəbərdarlıq etdi
12:43 29.05.2020 (Yenilənib: 23:05 16.11.2021)
© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Abunə olmaq
Şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq