BAKI, 29 may — Sputnik. Polis əməkdaşları fiziki cəhətdən sağlam olduqları üçün koronavirusa yoluxduqda bu xəstəliyi yüngül keçirirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri koronavirusa yoluxan polis əməkdaşlarının səhhəti barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat katibi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, koronavirusa yoluxan polis əməkdaşlarından bəziləri artıq müalicə olunaraq evə buraxılıblar: "Ölkədə koronavirusla əlaqədar karantin rejimi başlayandan polis əməkdaşları buna nəzarəti həyata keçirirlər. Xidməti fəaliyyətlə əlaqədar gün ərzində çox sayda insanla ünsiyyətdə olduqları üçün onların virusa yoluxması qaçılmaz idi. Hazırda bir neçə əməkdaşımız virusa yoluxub. Onlardan sağalıb evə buraxılanları da, müalicəsi davam etdirilənlər də var. Polis sıralarına fiziki cəhətdən sağlam gənclər qəbul edilir deyə, onların müalicəsi də həm effektiv olur, həm də tez başa çatır".
Nazirlikdən koronavirusa yoluxan polislərlə bağlı açıqlama
21:07 29.05.2020 (Yenilənib: 23:05 16.11.2021)
© Sputnik / Murad OrujovСотрудники полиции, фото из архива
Abunə olmaq
"Hazırda bir neçə əməkdaşımız virusa yoluxub. Onlardan sağalıb evə buraxılanları da, müalicəsi davam etdirilənlər də var".