CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maydan sonuncu "zərbə"

© AP Photo / Emilio MorenattiЧайка летает над морем во время шторма, фото из архива
Чайка летает над морем во время шторма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var

BAKI, 29 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.

Xəbər lenti
0