CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gözəllik salonunda qətl: yenə baş rolda qısqanclıq...

© pixabay / MariamichelleИнтерьер салона красоты, фото из архива
Интерьер салона красоты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib

BAKI, 29 may — Sputnik. Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən  məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri, 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0