CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güzəştli mənzillərin satışı başladı - Qiymətlər də məlumdur

© Official website of President of Azerbaijan RepublicHövsan yaşayış kompleksi
Hövsan yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Hövsandakı kompleksdə mənzillərin hər kvadratmetri alıcılara 850 manata başa gələcək. Bu – Yasamaldakı qiymətdən 100 manat aşağıdır

BAKI, 29 may — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib.

Sputnik Azərbaycan Qaynarinfo-ya istinadən xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq.

Belə ki, Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır.

Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək və qiymətlər 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev və Mehriban Əliyeva yeni yaşayış kompleksinin açılışını ediblər

Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Qeyd edək ki, bu mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Bütün bunları nəzərə alanda Hövsandakı kompleksdə mənzillərin hər kvadratmetri alıcılara 850 manata başa gələcək. Bu – Yasamaldakı qiymətdən 100 manat aşağıdır (orada 1 kvadratın qiyməti 950 manat olmuşdu).

Mənzilləri öz vəsaiti ilə (yəni kreditsiz) almaq istəyənlərə, 10% güzəşt ediləcək. Bunu nəzərə aldıqda belə vətəndaşlar üçün mənzillərin kvadratmetri 765 manata başa gələcək.

Digər tərəfdən, elanda da qeyd edildiyi kimi, yuxarıdakı qiymətlər mənzillərin sahəsinin daxili perimetrlə ölçülən hissəsinə aiddir.

Xarici perimetrlə, yəni divarları da nəzərə almaqla ölçüldükdə mənziləriqn sahəsi 1 otaqlılarda 48-50 kvadratmetr, 2 otaqlılarda 61,5-78,6 kvadratmetr, 3 otaqlılarda isə 84,4-88,2 kvadratmetr arasında dəyişir.

Qeyd edək ki, Bakıda tikinti şirkətlərinin əksəriyyəti mənzillərin satışı zamanı sahəni məhz belə hesablayır.

Güzəştli mənzillərin satış qiyməti belə – yəni xarici perimetrlə hesablananda isə qiymətlər daha aşağı olur. Belə ki, 1 otaqlıların qiyməti 669 manatdan, 2 otaqlıların qiyməti 690 manatdan, 3 otaqlıların qiyməti 609 manatdan başlayır.

Mənzilləri öz vəsaiti ilə alanda (yəni 10% endirimi nəzərə alanda) isə xarici perimetri hesablayanda bir kvadratın qiyməti 1 otaqlılarda 602 manata, 2 otaqlılarda 621 manatdan, 3 otaqlılarda isə 548 manatdan başlayır.

Xəbər lenti
0