CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "COVID 19" pasportunun tətbiqi ilə bağlı müzakirələr aparılır

© Sputnik / Murad OrujovПаспорт гражданина Азербайджана, игрушка, манаты и доллары разных номиналов, фото из архива
Паспорт гражданина Азербайджана, игрушка, манаты и доллары разных номиналов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaxın günlərdə bu barədə qərar veriləcək. Bundan sonra bu pasportu tətbiq edəcəyik" - Ramin Bayramlı

BAKI, 29 may — Sputnik. "İstər daxili, istərsə də beynəlxalq uçuşlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürülüb".

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Operativ Qərargah olaraq bu qaydaları tam analiz ediblər: “Bu qaydaları ölkəmizin reallıqları ilə müqayisə etmişik. Hava nəqliyyatında, eləcə də hava limanlarında şəraitin həmin standartlara çatdırılması üçün bütün işlər görülüb. Bununla əlaqədar olaraq Operativ Qərargah çərçivəsində xüsusi İşçi Qrup yaradılıb. Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. Beynəlxalq uçuşlarla bağlı isə 15 iyuna qədər sərhədlərin bağlı olmasına qərar verilib”.

R.Bayramlı deyib ki, beynəlxalq uçuşlar başladıqdan sonra, eyni zamanda daxili uçuşlarda da reyslərin sayı əvvəlki kimi olmayacaq:

“İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayında azalma ola bilər, bu məsələ də müzakirə olunur. Eyni zamanda təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Bu da təyyarə daxilində məsafənin qorunması, təyyarə ekipajının və sərnişinlərin təhlükəsizliyinin qorunması baxımından tətbiq olunan beynəlxalq təcrübədir. Beynəlxalq uçuşlarla bağlı dünya təcrübəsində səyahət zamanı Babil prinsipini həyata keçirən dövlətlər var. Bu dövlətlər öz aralarında qaydalar müəyyən edir və razılaşırlar. Ölkəmizdə də yaradılmış İşçi Qrup müvafiq dövlətlər və qurumlarla müzakirələr aparır.

Beynəlxalq praktikada tətbiq olunan təcrübələrdən biri də COVİD-19 pasportunun tətbiq olunmasıdır. Bu o deməkdir ki, səyahətdən öncəki son günlərdə koronavirus törədici olan virusa görə müayinə tətbiq olunur, neqativ nəticə və COVİD-19 pasportunda sağlamlıqla bağlı xüsusi arayış qeyd olunur. Yoluxmanın müayinədən sonra da baş verə biləcəyi ehtimalı da nəzərə alınaraq bu da müzakirə olunur. Yaxın günlərdə bu barədə qərar veriləcək. Bundan sonra bu pasportu tətbiq edəcəyik. Babil prinsipinə uyğun hansı qərarlar qəbul edilə bilər, bu barədə ictimaiyyətə açıqlama veriləcək".

Xəbər lenti
0