BAKI, 29 may — Sputnik. Minneapolisdə həbs olunan zaman həlak olan Corc Floydun ölümündə ittiham olunan keçmiş polis işçisi həbs edilib.
Spiutnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli Hennepin dairəsinin prokuroru Mayk Frimen deyib.
“Bildirmək istəyirəm ki, keçmiş polis zabiti Derek Çaven həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl (ehtiyatsızlıqdan adamöldürmə - red.) və qərəzsiz qətl ittihamları irəli sürülüb” ,- prokuror qeyd edib.
O vurğulayıb ki, hadisə yerində olan digər üç polisin barəsində araşdırmalar isə davam edir.
They FINALLY arrested officer Dereck Chauvin, the officer that kneeled on George Floyd’s neck pic.twitter.com/VitX0hahX1
— Deus ex Machina ☠️🇯🇲 (@treshdahbish) May 29, 2020
Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir.
Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb.
#DerekChauvin #BlackLivesMatters Protesters outside dereck chauvin’s home! https://t.co/3o9fxiE44e
— Thuggin’ 💕 (@_mamariia) May 28, 2020
Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.