CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik hava şəraiti ilə əlaqədar xəbərdarlıq etdi

© AFP 2024 / JEFF PACHOUDВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s olacaq

BAKI, 28 may - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. 

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Xəbər lenti
0