FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Birinci Cümhuriyyətin şanlı tarixinin ilk izləri burada saxlanılır

Abunə olmaq
Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir.

İlham Mustafa, Sputnik Azərbaycan

1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildi. Müstəqilliyini elan edildikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi ilk iclas baş tutdu. Onun yaxınlığındakı binada isə bir sıra dövlət idarələri yerləşdi.

Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır.

Sputnik Azərbaycan izləyicilərinə Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyindən çəkilən fotoları təqdim edir.

© Sputnik / Ilham MustafayevGəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
1/12
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi.
© Sputnik / Ilham MustafayevGəncədə Xalq Cümhuriyyəti Muzeyində saxlanılan AXC əsgərinin geyimləri.
AXC əsgərinin geyimləri - Sputnik Azərbaycan
2/12
Gəncədə Xalq Cümhuriyyəti Muzeyində saxlanılan AXC əsgərinin geyimləri.
© Sputnik / Ilham MustafayevGəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyində eksponatlar və cümhuriyyət liderlərinin şəkli.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
3/12
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyində eksponatlar və cümhuriyyət liderlərinin şəkli.
© Sputnik / Ilham Mustafayev1918-1920-ci illər AXC-nin xəritəsi.
1918-1920-ci illər AXC-nin xəritəsi - Sputnik Azərbaycan
4/12
1918-1920-ci illər AXC-nin xəritəsi.
© Sputnik / Ilham MustafayevAzərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş masası.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş masası - Sputnik Azərbaycan
5/12
Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş masası.
© Sputnik / Ilham MustafayevMuzeydə Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə aid eksponatlar saxlanılır.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
6/12
Muzeydə Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə aid eksponatlar saxlanılır.
© Sputnik / Ilham MustafayevGəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyinin girişi.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
7/12
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyinin girişi.
© Sputnik / Ilham MustafayevZiyarətçi muzeydə AXC qurucularının şəklinə baxır.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
8/12
Ziyarətçi muzeydə AXC qurucularının şəklinə baxır.
© Sputnik / Ilham Mustafayev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına təqdim etdiyi AXC-nin xəritəsi.
Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına təqdim etdiyi AXC-nin xəritəsi - Sputnik Azərbaycan
9/12
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransına təqdim etdiyi AXC-nin xəritəsi.
© Sputnik / Ilham MustafayevXalq Cümhuriyyəti Muzeyində Azərbaycan bayrağı.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
10/12
Xalq Cümhuriyyəti Muzeyində Azərbaycan bayrağı.
© Sputnik / Ilham Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş otağı.
Fətəli xan Xoyskinin iş otağı - Sputnik Azərbaycan
11/12
Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirlər şurası sədri Fətəli xan Xoyskinin iş otağı.
© Sputnik / Ilham MustafayevGəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi. AXC-nin Milli Şurası və Hökuməti 16 iyun 1918 - 16 sentyabr 1918-ci illərdə bu binada fəaliyyət göstərib.
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi - Sputnik Azərbaycan
12/12
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi. AXC-nin Milli Şurası və Hökuməti 16 iyun 1918 - 16 sentyabr 1918-ci illərdə bu binada fəaliyyət göstərib.
Xəbər lenti
0