ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir

© REUTERS / Andrew KellyABŞ-da vəziyyət, arxiv şəkli
ABŞ-da vəziyyət, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxıb. Adam xəstəxanada keçinib

BAKI, 27 may — Sputnik. ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində qaradərili şəxsin ölümündən sonra üsyan başlayıb. Sputnik Azərbaycan "ABC News"a istinadən xəbər verir ki,  həbs olunan zaman həmin şəxsə qarşı polis tərəfindən güc tətbiq olunub.

Belə ki, hüquq-mühafizə orqanları əməkdaşlarının işlədiyi polis bölməsinin qarşısında yüzlərlə insan toplaşıb. Onlara əraziyə avtomobillə gələn şəxslər də dəstək veriblər. Etirazçılar polis bölməsinin şüşələrini sındırıblar. Onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə olunub.

Qeyd edək ki, mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxmağa başlayır. Bu zaman qaradərili şəxs nəfəs ala bilmədiyini bildirib. O, dərhal xəstəxanaya çatdırılıb, lakin orada vəfat edib.

Daha sonra məlum olub ki, ölən şəxsin səhhətində problem olub. Onun polislər tərəfindən saxlanılması videosu sosial şəbəkələrdə yayılıb. Ölən şəxs 46 yaşlı mühafizəçi Corc Floyd olub. Floydun yaxınları və dostları onun məsuliyyətli vətəndaş olduğunu bildiriblər.

Xəbər lenti
0