BAKI, 27 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".