CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut xəttinə “BakuBus” avtobusları çıxarılır

© Photo : Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək.

BAKI, 27 may — Sputnik. 30.05.2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq.

Такси с перегородкой - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu.

Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan Daewoo markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.

Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

Xəbər lenti
0