CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran milli orkestri Azərbaycanın xalq artisti ilə birlikdə "Layla"nı ifa edib

CC0 / M.RAGIMOV / Ramiz QuliyevНародный артист Азербайджана, тарист Рамиз Гулиев, фото из архива
Народный артист Азербайджана, тарист Рамиз Гулиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti Ramiz Quliyevə koronavirusa görə təxirə salınmış qastrolunun əvəzinə İran Milli Orkestri ilə birgə layihədə iştirak etmək təklifi gəlib.

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenin sahibi, tarzən Ramiz Quliyev İran Milli İnstrumental Orkestri ilə birgə layihəyə imza atıb. Musiqiçinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onlar Vasif Adıgözəlovun yaradıcılığına müraciət ediblər.

2020-ci ilin martında Ramiz Quliyevin İrana qastrolu planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən konsertləri təxirə salınıb. Bununla əlaqədar olaraq, İran Milli İnstrumental Orkestrinin rəhbəri və baş dirijoru Əli Əkbər Qurbani Azərbaycanın xalq artistinə virtual formatda birgə musiqi layihəsi həyata keçirmək təklifi ilə müraciət edib.

Quliyev İran orkestrinin musiqiçiləri ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun "Layla" əsərinə müraciət etmək qərarına gəlib.

Layihənin hər bir işçirakçısı öz partiyasını evdə ifa edib, sonra əldə edilən səs yazılarının hamısı eyni videoçarxda birləşdirilib.

Ramiz Quliyev YUNESKO-nun himayəsi ilə ABŞ-da keçirilən Beynəlxalq Folklor Festivalının xüsusi diplomunun sahibidir. 2004-cü ildə "Simurq" Milli mükafat fondunun təsis etdiyi ali mükafat - "İlin sənət Fədaisi" fəxri adına layiq görülüb. Bütün bunlarla yanaşı, o, "Humay" mükafatı, "Şöhrət" və "Şərəf"ordenləri ilə təltif edilib.

Xəbər lenti
0