İran koronavirusun ikinci dalğasına hazırlaşır

© AFP 2024 / ATTA KENAREСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu günə qədər İranda 139,5 min koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə 7,5 min insan bu virusdan ölüb, 109,4 min insan isə sağalıb.

BAKI, 27 may — Sputnik. İran rəhbərliyi ölkədə koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani parlamentin 11-ci çağırışının ilk iclasında çıxışı zamanı bildirib.

Кабинет компьютерной томографии, фото из архива - Sputnik Azərbaycan
Paşinyan: "Ermənistan koronavirusun ikinci dalğası ilə qarşılaşıb"

İranda hesab olunur ki, infeksiyanın yeni dalğası payızda ola bilər.

"Biz yeni dalğaya hazır olmaq üçün mümkün olan hər şeyi edirik", - deyə Ruhani qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran koronavirus infeksiyasının lokallaşdırılmasına yaxındır.

Qeyd edək ki, bu günə qədər İranda 139,5 min koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə 7,5 min insan bu virusdan ölüb, 109,4 min insan isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu keçib, 350 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0