CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN sosial dəstək tədbirlərini davam etdirir

© Photo : FHNSosial dəstək tədbiri
Sosial dəstək tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparır,

BAKI, 27 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılır.

4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparır, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildirirlər.

 

Xəbər lenti
0