CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda italyansayağı kefə "soğan doğradılar" - FOTO

© Sputnik / Zulfiyya GuluyevaBakıda vəziyyət, 18 may 2020-ci il
Bakıda vəziyyət, 18 may 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyi paytaxtın mərkəzi küçəsində restoranın qarşısına, piyada səkilərinə düzülən masaların yığışdırılmasına nail olub

BAKI, 27 may — Sputnik. Bakıda daha bir restoran sahibinin qanunsuz hərəkətinin qarşısı alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi paytaxtın mərkəzi küçəsində restoranın qarşısına, piyada səkilərinə düzülən masaların yığışdırılmasına nail olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb: "Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb. Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb".

Xəbər lenti
0