CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açıldı

© AFP 2023 / JASON CONNOLLYГильзы на земле, фото из архива
Гильзы на земле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib

BAKI, 27 may — Sputnik. Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açılıb. Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0