CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda turizmlə bağlı konsepsiya hazırlanıb

© AFP 2024 / Mladen AntonovTurist, arxiv şəkli
Turist, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb

BAKI, 27 may — Sputnik. Azərbaycan Turizm Assosiasiyası (AZTA) “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını təqdim edib.

Kənan Quluzadə - Sputnik Azərbaycan
Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək - Kənan Quluzadə danışır

Sputnik Azərbaycan-a AZTA-dan verilən məlumata görə, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək, “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb, təqdim edib.

Karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir. Konsepsiya Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir və Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. O, respublikada turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib.

Konsepsiya Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəklər. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov deyib.

Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Otellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi ” Klubunun, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin və “İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.

Xəbər lenti
0