Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus peyvəndinin testlərinin başlayacağı tarix açıqlandı

© AFP 2024 / MLADEN ANTONOVВакцина от COVİD-19, фото из архива
Вакцина от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Vaksinin işlənib hazırlanması ilə bilavasitə məşğul olan əməkdaşlar peyvəndi özlərinə vurublar və onların orqanizmində qoruyucu anticisimlər yaranıb.

BAKI, 26 may — Sputnik. Rusiyanın "Vektor" virusologiya elmi mərkəzi koronavirus peyvəndinin klinik testlərinə iyunun sonunda başlamağı planlaşdırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində mərkəzin Baş direktoru Rinat Maksyutov bildirib.

Медицинский работник в поликлинике ЦКБ РЖД-Медицина, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada koronavirusa yoluxanların sayı 350 mini keçdi

Onun sözlərinə görə, bundan əvvəl heyvanlar üzərində testlərin nəticələrinin əldə olunması və Rusiya Səhiyyə Nazirliyindən klinik testlərin aparılması üçün icazənin alınması planlaşdırılır.

Maksyutovun sözlərinə görə, kütləvi istifadədən əvvəl peyvənd laboratoriya testlərindən uğurla keçməlidir.

Bundan sonra peyvəndin preklinik və klinik tədqiqatları, eləcə də qeydiyyatı aparılmalıdır.

Bir qədər öncə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin Direktoru Aleksandr Gintsburq bildirib ki, mərkəzdə vaksinin işlənib hazırlanması ilə bilavasitə məşğul olan əməkdaşlar və onun özü peyvəndi özlərinə vurublar və onların orqanizmində qoruyucu anticisimlər yaranıb.

Rusiyada koronavirusa qarşı vaksin yaradılması üzərində Sankt-Peterburq Vaksin və Zərdab Elmi-Tədqiqat İnstitutunun alimləri də çalışırlar. Peyvənd üzərində bir çox digər ölkələrdə də iş aparılır.

Медицинские работники принимают пациентов с коронавирусом - Sputnik Azərbaycan
Qonşu ölkədə koronavirusa yoluxanların sayı kəskin şəkildə artdı

Gintsburqun məlumatına görə, rusiyalıların kütləvi vaksinasiyası payızın əvvəlində başlaya və altı aydan doqquz aya qədər davam edə bilər.

COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus ilk dəfə dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilib. Martın əvvəlində koronavirusun yayılması pandemiya elan edilib. Məlumatlara görə, dünyada artıq 5,3 milyon insan koronavirusa yoluxub, 343 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0