CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli...

© Sputnik / Irade JELILNovxanı çimərliyində vəziyyət
Novxanı çimərliyində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın son günləri isti nəfəsi ilə Bakını qarsdıqca "az qalıb, bir azdan dənizdə sərinləyərik" fikrilə təsəlli tapanlara bəd xəbərimiz var. Düzdür, çimərliklər onsuz da açılacaq. Ancaq "əmma"ları heç ürəkaçan deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, qaydalara əsasən, insanlar evdən çıxmadan gedəcəkləri çimərliyi seçə biləcəklər.

Belə ki, böyük çimərliklərdə administrasiyalar yaradılacaq. Rayon icra hakimiyyətinin rəsmiləri buna nəzarət edəcəklər. Sıxlıq yaranacağı təqdirdə isə elektron sistemdən istifadə etmək nəzərə tutulub.

© Sputnik / Irade JELILNovxanıda istirahət mərkəzlərinin birində
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli... - Sputnik Azərbaycan
Novxanıda istirahət mərkəzlərinin birində

Qeyd edək ki, hər il iyun ayının 1-də dəniz mövsümü açıq elan edilir, çimərliklər fəaliyyətə başlayır.

Sputnik Azərbaycan bir neçə ənənəvi çimərlik məkanlarında olub. Bir çox istirahət mərkəzlərinin rəhbərləri çimərlik mövsümünə hələ hazır olmadıqlarını dilə gətiriblər.

© Sputnik / Irade JELILNovxanı çimərliyində vəziyyət
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli... - Sputnik Azərbaycan
Novxanı çimərliyində vəziyyət

Karantin dönəmində bütün işlərin dayandığını vurğulayan məkan sahibləri yenidən işlərini bərpa edə bilmək üçün uzun bir müddətin lazım olduğunu deyiblər.

İstirahət mərkəzlərindən birinin icraçı direktoru Sami Əsədov bildirib ki, mərkəzin ancaq kafe-restoran hissəsi bərpa edilib. Ancaq təəssüf ki, hələ müştəri yoxdur: "Çimərliyə gəldikdə isə, düzü, bu barədə hələ düşünə bilmirəm. Başa düşürəm, vaxt az qalıb. Amma gərək xüsusi qaydalar olsun ki, biz işə başlaya bilək. Bir də görərsən, işimizi yarım saxlayarlar. Buna görə də artıq xərc çəkməyi düşünmürük. Düzü, işə başlamağa həvəsimiz də yoxdur. Veriləcək qərarı gözləyirik".

© Sputnik / Irade JELILNovxanıda istirahət mərkəzlərinin birində
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli... - Sputnik Azərbaycan
Novxanıda istirahət mərkəzlərinin birində

Özəl çimərlik sahibləri də veriləcək qərarı gözləyirlər.

Belə ki, özəl istirahət mərkəzinin rəhbəri vurğulayıb ki, bütün işlər görülüb və qərar gözlənilir: "Hər il olduğu kimi təmizləmə işləri görülüb. Sahil zolağı və digər vasitələr qaydasına salınıb. Amma fəaliyyətimizlə bağlı hələ qərar verilməyib. Qərar verildikdən sonra işə başlayacağıq".

© Sputnik / Irade JELILNovxanı çimərliyində vəziyyət
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli... - Sputnik Azərbaycan
Novxanı çimərliyində vəziyyət

O həmçinin əlavə edib ki, hazırda kafe və restoranlar fəaliyyətə başlasa da, müraciət edən vətəndaşlar azdır.

Həqiqətən də Buzovna, Şıx, Novxanı ərazilərində xalq çimərliklərində vəziyyət acınacaqlı olsa da, mövsümün açılmasına bir neçə gün qalmasına baxmayaraq heç bir iş görülmür. Çimərlik çətirləri qırılıb, oturacaqlar sıradan çıxıb. Sahil zolaqları məişət tullantıları ilə çirkləndirilib.

© Sputnik / Irade JELILNovxanıda istirahət mərkəzlərinin birində
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli... - Sputnik Azərbaycan
Novxanıda istirahət mərkəzlərinin birində

Xatırladaq ki, bir müddət əvvəl Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər sahili ərazilərdə növbəti monitorinq keçirib. Binəqədi, Zığ, Kürdəxanı, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərinə baxış keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Kürdəxanı və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib.

Ümumilikdə aparılan monitorinqlərin nəticəsindən məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki, bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır.

Xəbər lenti
0