CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: Sputnik Azərbaycan-ın qısa vaxtda qazandığı status heyrət doğurmaya bilməz

© Sputnik / Murad OrujovAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasınını sədri deyib ki, "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi peşəkar insanların media dəyərlərini yüksək şəkildə qoruyaraq faydalı ictimai missiya yerinə yetirdikləri mərkəzdir.

BAKI, 25 may — Sputnik. "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi beş ildir ki, fəaliyyətdədir. Ancaq adama elə gəlir ki, bu müddət beş il yox, daha artıqdır.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-ın beş illik fəaliyyətinə qiymət verərkən deyib. Onun fikrincə, belə təəssüratın yaranması sıradan məsələ deyil və bu, onu göstərir ki, ötən beş ildə "Sputnik" özünü oturuşmuş media orqanı kimi təsdiqləyə bilib.

"Nəzərə alsaq ki, cəmiyyət tərəfindən qəbuledilmə fədakar əməyin, gərgin zəhmətin nəticəsidir, Sputnik Azərbaycan-ın qısa zamanda qazandığı status heyrət doğurmaya bilməz. "Sputnik Azərbaycan" Agentliyi peşəkar insanların media dəyərlərini yüksək şəkildə qoruyaraq faydalı ictimai missiya yerinə yetirdikləri mərkəzdir. Hadisə və proseslərə yanaşma, üslub və dəst-xətt, dil keyfiyyətlərinin qorunması baxımından ön sıralarda qərarlaşan agentliyin daha böyük uğurları irəlidədir. Qətiyyətlə bildirmək mümkündür ki, bunu söyləmək üçün zəruri əsaslar ötən beş ildə formalaşıb", - deyə Amaşov bildirib.

O, Sputnik Azərbaycan-ın rəhbərliyini və əməksevər kollektivinin hər bir üzvünü fəaliyyətlərinin beş illiyi münasibətilə təbrik edib, jurnalistikamız, cəmiyyətimiz naminə tutduqları yolda müvəffəqiyyətlər arzulayıb:

"Arzu edirəm ki, 5 yaşın verdiyi sevinc və qürur hissi onları heç zaman tərk etməsin. Həyatlarını daim gördükləri işdən zövq alaraq yaşasınlar. Uca Tanrı yar və yardımçınız olsun, əziz və dəyərli "Sputnik"çilər!"

Xəbər lenti
0