BAKI, 25 may — Sputnik. Sputnik informasiya portalı ilk növbədə xəbərin və ya mövqenin ictimaiyyətə çatdırılma peşəkarlığında olan fərqinə görə rəğbət qazanıb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-ın beş illik yubileyi ilə bağlı agentliyə ünvanladığı təbrik zamanı belə deyib.
"Bu məkanda əslində 5 il kifayət qədər böyük müddətdir və bu müddətdə stabil öz dəst-xəttini qoruyub saxlamaq elə də asan iş deyil. Bu da görünür jurnalist və texniki personalın müasir media texnologiyasının tələblərinə ciddi yanaşması ilə bağlıdır. Bu portalda informasiyanın təqdimetmə üsulu çox vaxt mətn və video sintezində verilməklə onu daha diqqətçəkici edir. Uzun müddətdir Sputnik ailəsi ilə bizim də bir siyasətçi olaraq əməkdaşlığımız var və peşəkarlığı ilə bağlı bir dəfə də olsun iradımız olmayıb. Səhifəsində də yerləşdirən informasiyaların etibarlılığına da hansısa iradımız olmayıb. Bu, təbii ki, kollektivin birgə əməyinin nəticəsidir və düşünürəm ki, Sputnik informasiya məkanımızda öz aparıcı mövqeyini bundan sonra da qoruyub saxlayacaq", - deyə millət vəkili bildirib.
Fazil Mustafa saytın bütün əməkdaşlarını 5 illik yubiley münasibəti ilə təbrik edib, daha böyük uğurlara imza atmalarını diləyib.