Müqəddəs Ramazan ayını növbəti dəfə yola salırıq. Bu il digər illərdən fərqli olaraq orucluq ayı koronavirus pandemiyası, karantin günlərinə təsadüf etdi. Adət etdiyimiz kütləvi iftar məclislərinin, camaatla qılınan bayram namazının təhlükəsizlik səbəbindən keçirilməməsinə qərar verildi. Lakin artıq ölkədə koronavirus təhlükəsi nəzarət altına alındığından əksər bölgələrdə xüsusi karantin rejimi yumşaldılıb. Bundan yararlanaraq bütün Ramazan ayı boyunca evlərində iftar süfrələri açmağa üstünlük verən insanların orucluğun sön gününü kiçik qrup halında yığışaraq birlikdə keçirməsinə, dualar etməsinə şərait yarandı. Onlar tutduqları orucun qəbul olması, növbəti Ramazan ayına qovuşa bilmələri üçün Allaha dualar etdilər.
Sputnik Azərbaycan izləyicilərinə müqəddəs Ramazan ayının son iftarında Qazax rayonunda çəkilmiş fotoları təqdim edir.