BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.
Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.