BAKI, 23 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayıldığı yeni mərkəzin adını açıqlayıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün dünyada koronavirusun ən çox yayıldığı ABŞ-dan sonrakı yerdə Cənubi Amerika ölkəsi olan Braziliya dayanıb. ÜST Braziliyanın qitədə virusdan ən çox təsirlənən ölkə olduğunu bildirib.
Braziliya yoluxanların ümumi sayına görə Rusiyanı qabaqlayaraq ikinci yerə çıxıb. Hazırda bu ölkədə 331 min xəstə qeydə alınıb. Rusiyada bu rəqəm 326 mindir. Birincilik isə 1,6 milyon nəfərlə ABŞ-a məxsusdur.
Ölkənin virusdan ən çox əziyyət çəkən şəhəri San Paulo olub. Burada koronavirusa yoluxanların sayı 73 mindən artıqdır, ölənlərin sayı isə 558 məfərə çatıb.