CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərişıq” havanın fəsadlarına hazırlaşır

© Azerishiq Open Joint Stock CompanyПоследствия сильного ветра
Последствия сильного ветра - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib

BAKI, 23 may — Sputnik. Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində  gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Qurumdan Sputnik Azərbayan-a verilən məlumata görə, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törətmiş, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaratmışdır. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-material və texnika ayrılıb.

Xəbər lenti
0