Onu maska ilə tutdular! Tramp qanuna zidd gedə bilmədi

© REUTERS / LEAH MILLISПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Öncəki səfərində "Ford"un avtomobil zavodunda maska taxmaqdan imtina etdiyi üçün Tramp qınaq obyekti olmuşdu

BAKI, 23 may — Sputnik. ABŞ prezidenti Donald Tramp maska taxdığı şəkildə görüntülənib. Sputnik Azərbaycan-ın "The Guardian"a isitnadən xəbərinə görə, O Miçiqan ştatının İpsilanti şəhərində COVID-19 infeksiyası əleyhinə mübarizədə istifadə olunacaq respirator, tibbi avadanlıqların istehsalı üçün hazırlanan “Ford” zavodunu ziyarət edərkən maska taxıb.

Sky News tərəfindən çəkilən videoda isə Trampın tünd göy rəngdə maska taxdığı görülür. Miçiqan ştatının və “Ford” kompaniyasının daxili qaydalarına müvafiq olaraq ABŞ prezidenti maska taxmaq məcburiyyətində qalıb.

Daha öncəki səfərində Tramp "Ford"un avtomobil zavodunda maska taxmaqdan imtina etdiyi üçün qınaq obyekti olmuşdu.

Şəhərin baş prokuroru Dana Nesel isə bildirib ki, Miçiqan ştatında hər kəsin bir nəfər kimi maska taxması məcburidir.

Xəbər lenti
0