CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb

© Sputnik / Ilham MustafayevAğstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib
Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilib - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

BAKI, 22 may — Sputnik. Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Sputnik Azərbaycan nazirliyin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Xəbər lenti
0