Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı

© AP Photo / Fareed KhanTəyyarə qəzası
Təyyarə qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə Lahordan Kəraçiyə uçurmuş və aeroportun yaxınlığında qəzaya düşüb. İlkin məlumatlara görə, 2 nəfərin meyiti çıxarılıb, 15-20 nəfər isə xəstəxanaya aparılıb

BAKI, 22 may — Sputnik. Kəraçi şəhərində "Pakistan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

​Aviadaşıyıcının rəsmi nümayəndəsi məlumatı təsdiqləyərək bildirib ki, qəzaya uğrayan Airbus A320 təyyarəsində 98 sərnişin olub.

​Qeyd olunur ki, təyyarə Lahordan Kəraçiyə uçurmuş və aeroportun yaxınlığında qəzaya düşüb. İlkin məlumatlara görə, 2 nəfərin meyiti çıxarılıb, 15-20 nəfər isə xəstəxanaya aparılıb.

 

Xəbər lenti
0