CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda karantin şərtləri sərtləşdiriləcək?

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah belə qərara gəlib ki, karantin şərtlərini sərtləşdirməyə əsas yoxdur

BAKI, 22 may — Sputnik. "Yaranmış situasiya karantin vəziyyətini sərtləşdirmək üçün əsas vermir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən birifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov söyləyib. O bildirib ki, NK-nın yanında Operativ Qərargah belə qərara gəlib ki, hazırki karantin vəziyyətini sərtləşdirməyə əsas yoxdur: "Düzdür, həftəsonu məhduiyyətlərin qoyulması ilə bağlı təkliflər vardı. Amma nə sərtləşdirməyə getməyə məcbur olduq, nə də ki indikindən daha da yumşaltmağa. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Tədbirdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayır. 

Xəbər lenti
0