CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidРоскомнадзор может заблокировать доступ в Twitter
Роскомнадзор может заблокировать доступ в Twitter - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunan onlayn sessiyanın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edib.

BAKI, 22 may — Sputnik. Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir. Video duyğulara səbəb olmalıdır. Bu barədə SputnikPro təlim layihəsi çərçivəsində təşkil edilən vebinarda bildirilib.

Mayın 22-də "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunan onlayn sessiya keçirilib. Bu, sosial təcrid prinsiplərinə riayət edilməsi şəraitində SputnikPro çərçivəsində keçirilən yeddinci vebinar olub.

Vebinarın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edib.

© Photo : Courtesy of Mariya DyakonovaRuptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir - Sputnik Azərbaycan
Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova

Mariya 2012-ci ildən jurnalistikadadır. Moskva Dövlət Linqvistika Universitetini bitirdikdən sonra "RT" telekanalının İNOTV şöbəsində "alman və ingilisdilli KİV" istiqamətinə cavabdeh olub. Həm də "Rusiyanın səsləri" alman redaksiyası üçün reportajlar hazırlayıb. 2014-da Almaniyaya köçüb. Berlin Azad Universitetinin Kinoşünaslıq və teatrşünaslıq fakültəsini bitirib. RTVI telekanalında, eləcə də Stimme Russlands radiostansiyasının Berlin ofisində müxbir kimi çalışıb. 2015-da Ruptly komandasına qatılıb. Daha sonra nyuzorq, brodkast jurnalisti olub, Rusiyanın beynəlxalq Rupty sosial şəbəkəsində fəaliyyət göstərib. 2020-ci ildən videoagentliyin Moskva ofisində işləyir.

"Siyasət və ya sosial hekayələr yaxşı izlənilir. Video emosiya yaradarsa, tamaşaçı ona sonuna qədər baxacaq, çarxı paylaşacaq. Çox az adam videoya sonuna qədər baxır. Amma əgər ilk baxışda video tamaşaçıda emosiya yaradırsa, onun sona qədər izlənmək və paylaşılmaq şansı var", - deyə spiker onlayn-sessiyanın gedişində bildirib.

Sosial şəbəkələrdə yayılan videoçarxların hazırlanmasından danışan Mariya Dyakonova qeyd edib ki, ilk iş mütləq faktların yoxlanılması olmalıdır. Əmin olmaq lazımdır ki, hekayədə anlaşılmaz qalan məqamlar yoxdur, həmçinin orada balans və qərəzsizlik gözlənilib.

"Video mətn qarşısında prioritet olmalıdır, lakin hekayənin mənasına xələl gətirməməlidir", - deyə ekspert vurğulayıb.

Vebinarın gedişində Mariya Dyakonova fikirlərini Ruptly-nin "virus"a çevrilmiş müxtəlif video-çarxlarının nümunəsində izah edib və dinləyicilərin suallarını cavablandırıb.

Ruptly - abunəçilik əsasında xəbər videomaterialları təqdim edən Rusiya agentliyidir. RT şəbəkəsinin bir hissəsi kimi 4 aprel 2013-cü ildə yaradılıb. Ötən yeddi il ərzində dünyanın 1200 ölkəsində 106-dan çox media şirkəti onun müştərisi olub. Ruptly orta hesabla ayda 1200 video və 300 saat canlı yayım istehsal edir. Agentliyin müxbir şəbəkəsi Rusiyanın bütün regionlarında 3000 jurnalisti və Yaponiyadan Venesuelaya qədər 100-dən çox dövləti əhatə edir. Baş ofis Berlində yerləşir.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0