CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmində kəskin azalma olub

© AFP 2024Сотрудник ресторана с кальяном в руках, фото из архива
Сотрудник ресторана с кальяном в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 27,6 faiz azalıb

BAKI, 22 may — Sputnik. Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin aprel ayında mart ayı ilə müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə 12,1 dəfə) nəticəsində aprel ayında cari ilin mart ayı və ötən ilin aprel ayı ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmində müşahidə olunmuş kəskin azalma ilə bağlı olub. Belə ki, cari ilin aprel ayında ictimai iaşə dövriyyəsi əvvəlki ayla müqayisədə 2,3 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 4,0 dəfə azalıb.

Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 27,6 faiz azalaraq 304,2 milyon manat olub.

Xəbər lenti
0