Türkiyədə istirahət: yetmiş ölkəyə məlumat göndərildi

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAntalya, arxiv şəkli
Antalya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Biz aeroportlarda (koronavirus)  test mərkəzləri yaratmışıq, böyük turist axınlarını onlar qəbul etmək iqtidarındadır. Son 72 saat ərzində test keçməyən qonaqlarımızı orada yoxlamadan keçirəcəyik"

BAKI, 22 may — Sputnik. Türkiyə hökuməti koronavirusa münasibətdə təhlükəsiz olan sertifikatlaşdırılmış turizm obyektlərinin siyahısını iyunun əvvəlində açıqlayacaq.

Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə açıqlamasında Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

Солнце, фото из архива - Sputnik Azərbaycan
Rusiyadan Türkiyəyə: Uçuş üçün ilkin proqnoz verildi

“Biz təhlükəsizlik sertifikasiya sistemini tətbiq etmişik. O, aeroportlarda, nəqliyyat vasitələrində, mehmanxana və restoranlarda keçərli olacaq. Proqram may ayı ərzində reallaşdırılacaq, obyektlərin adları isə iyunun əvvəlində elan olunacaq”, - Ərsoy deyib.

O qeyd edib ki, turizm sektorunda çalışanlar intensiv və müntəzəm təlim keçir və beynəlxalq şirkətlər tərəfindən imtahan edilirlər. Turistlər onların işlədikləri şirkətlərdən ətraflı məlumatı mobil tətbiq və QR kod istifadə etməklə ala bilərlər.

“Biz aeroportlarda (koronavirus)  test mərkəzləri yaratmışıq, böyük turist axınlarını onlar qəbul etmək iqtidarındadır. Son 72 saat ərzində test keçməyən qonaqlarımızı orada yoxlamadan keçirəcəyik”, - nazir bildirib.

Ərsoyun sözlərinə görə, Türkiyə hökuməti 70 ölkənin maraqlı qurumlarını  pandemiyadan sonra turizmdəki təhlükəsizlik sistemi, eləcə də ölkənin tibbi potensialı barədə məlumatlandırıb.

Xəbər lenti
0