CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan Azərbaycanda 8 günlük tətil başlayır

© Sputnik / Murad OrujovГорожане на одной из улиц в Баку
Горожане на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib

 

BAKI, 22 may — Sputnik. Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Eyni zamanda xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib. Müəyyən olunub ki, bu Qərara nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Xəbər lenti
0