BAKI, 22 may - Sputnik. Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 1957-ci il təvəllüdlü A.Seyidov 2006-cı ildən bu vəzifəni tuturdu.