"Biz əsas böyük dalğadan qorxmalıyıq" - ÜST rəsmisi

© Sputnik / Murad OrujovПредставитель Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи
Представитель Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz sadəcə olaraq yeni normativlərə hazır olmalı, gigiyenik qaydaları, sosial məsafəni qorumalıyıq, otaqları havalandırmalıyıq"

BAKI, 22 may — Sputnik. "Ikinci dalğadan qorxmamaq lazımdır. Çünki nə qədər çox dalğa olarsa, pandemiyanı bir o qədər dəf etmiş olacağıq. Biz əsas tək və böyük dalğadan qorxmalıyıq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, karantin şəraiti yumşaldıldıqdan sonra rəqəmlərdə artım olub. Lakin dalğanın olub- olmadığını yalnız geriyə baxanda görə bilərik. Biz sadəcə olaraq yeni normativlərə hazır olmalı, gigiyenik qaydaları, sosial məsafəni qorumalıyıq, otaqları havalandırmalıyıq".

H.Harmancı testlərlə bağlı da danışıb: "Xəstəliyi keçirib-keçirməməklə bağlı testlər hazırlanır. Azərbaycan hökuməti də hazırda ən son testləri almaqda maraqlıdır. ÜST Azərbaycanla birgə seroloji testlərdən istifadə edərək nə qədər adamın bu xəstəliyi keçirdiyini təsdiqləyəcək".

Xəbər lenti
0