CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlax "böhranı" cızıqdan çıxır: polisə xəsarət yetirdilər

© Sputnik / Musa MuradliYevlaxda koronavirus həyəcanı
Yevlaxda koronavirus həyəcanı - Sputnik Azərbaycan
Abunə olmaq
Yevlaxda son günlərdə 80 koronavirusa yoluxma faktı aşkarlanıb. Bunlardan 53 nəfər “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinləridir

BAKI, 21 may — Sputnik. Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib. Orada yaşayan bir qrup sakin karantin rejimini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Yevlaxda son günlərdə 80 koronavirusa yoluxma faktı aşkarlanıb. Bunlardan 53 nəfər “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinləridir. Həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

Xəbər lenti
0