CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda koronavirusu müəyyən edən laboratoriya istifadəyə verildi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidЛаборант проводит исследование биологического материала
Лаборант проводит исследование биологического материала - Sputnik Azərbaycan
Abunə olmaq
Laboratoriyada 4000-dən artıq test nümunələri olub, 6 saat ərzində 100 test nümunəsinin cavabı hazır olur

BAKI, 21 may — Sputnik. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması üçün bir çox laboratoriyalar qurulub istifadəyə verilib. Onlardan biri də Sumqayıt şəhər 1 saylı xəstəxananın nəzdindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni tipli laboratoriya may ayının 8-dən fəaliyyətə başlayıb və burada COVID-19 virusunun aşkar edilməsi üçün xüsusi testlər aparılır.

Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, laboratoriya Almaniya istehsalı olan müasir texnikalarla təchiz olunub və Ümumdünya Səhiyyə Təşkilatının bütün standartlarına uyğundur: "Laboratoriyamızda ən kiçik ölçülü virusların təyini mümkündür. Fəaliyyət göstərdiyimizdən bu günə qədər laboratoriyamızda 4000-dən artıq test nümunələri olub. 6 saat ərzində 100 test nümunəsinin cavabı hazır olur. Laboratoriya fəaliyyətə başladığı ilk günlərdə yalnız Sumqayıt şəhərindən olan test nümunələrini həyata keçirirdisə, hazırda Sumqayıtla yanaşı, həm də Abşeron rayonundan gələn numunələr burada test edilir. Prosesə gəldikdə isə kadrlardan da göründüyü kimi laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə xüsusi qoruyucu vasitələrdən - kombinezon, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə edirlər".

Qeyd edək ki, hazırda Azərbaycanda 20-dən çox PSR tipli, yəni koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.

Xəbər lenti
0