Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Təhminə və Zaur" un altıncı mərtəbəsi

© Photo : Courtesy of Sevinc AgasıyevaСевиндж Агасиева, фото из архива
Севиндж Агасиева, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Klipin süjet xətti xalq yazıçısı Anarın "5 mərtəbəli evin 6-cı mərtəbəsi" əsərini xatırladır. Rejissor və bəstəkarın obrazları isə Təhminə və Zaur kimi təsvir olunub.

BAKI, 21 may — Sputnik. Zülfiyyə Xanbabayeva, Miri Yusif, Zamiq, Murad Arif, Günay İbrahimli və digər ulduzların kliplərinin rejissoru Delee ilk dəfə özü klipdə rol alıb. Sputnik Azərbaycan xəbər verir ki, onun duet ortağı səhnə adı SİVVA olan sevilən bəstəkar-müğənni Sevinc Ağasıyevadır. Mahnının sözləri də Deleeyə aiddir. Musiqisi Sivvaya məxsus olan yeni mahnı "6-cı mərtəbə" adlanır.

Klipin süjet xətti xalq yazıçısı Anarın "5 mərtəbəli evin 6-cı mərtəbəsi" əsərini xatırladır. Rejissor və bəstəkarın obrazları isə Təhminə və Zaur kimi təsvir olunub.

Qeyd edək ki, Sivva məşhur "Əziz müəllimim" mahnısının bəstəkarı və ifaçısı, həmçinin Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.

Xəbər lenti
0