BAKI, 21 may — Sputnik. Bu gün paytaxtın "Gənclik" metrosunun yaxınlığında intihara cəhd hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də məlumat yayımlanıb: "Kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və video material yayılıb. Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".
Qeyd edək ki, hələlik qızın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.