BAKI, 21 may — Sputnik. İraq Milli Kəşfiyyatı İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkir əl-Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaşın tutulduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.
"Сinayətkar Əl-Bağdadinin varisliyinə namizəd Abdel Kardaş saxlanılıb", - agentlik bildirib. Bu, silahlının təxəllüslərindən biridir.
KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.
Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur.