BAKI, 20 may — Sputnik. Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bundan sonra həmin marşrutların istiqaməti aşağıdakı kimi olacaq:
91 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.
92 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəs.: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.
202 nömrəli marşrut
Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).