https://sputnik.az/20200520/bplani-baki-restoranlari-pandemiya-karantin-biznes-423994417.html
Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır
Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır
Sputnik Azərbaycan
Koronavirus pandemiyası turizm sahəsini çökdürüb desək, yanılmarıq. Ən çox əziyyət çəkən sahə isə restoran biznesidir. Uzunmüddətli karantindən sonra... 20.05.2020, Sputnik Azərbaycan
2020-05-20T17:14+0400
2020-05-20T17:14+0400
2021-11-16T23:04+0400
https://cdnn1.img.sputnik.az/img/42399/43/423994357_0:0:1911:1080_1920x0_80_0_0_8270f3ee0843d33e82ab1a7b51299257.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42399/43/423994357_0:0:1719:1080_1920x0_80_0_0_9fea2026f3ebb7268865317718e2026e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan
xəbərlər, multimedia, azərbaycan
Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır
17:14 20.05.2020 (Yenilənib: 23:04 16.11.2021) Koronavirus pandemiyası turizm sahəsini çökdürüb desək, yanılmarıq. Ən çox əziyyət çəkən sahə isə restoran biznesidir. Uzunmüddətli karantindən sonra restoranların necə sağ qalmağa çalışdığını videomuzda izləyin.
May ayının 18-dən etibarən uzunmüddətli fasilədən sonra Bakı kafe və restoranları yenə də öz qapılarını paytaxt sakinlərinin üzünə açıb. Amma hər şey səsləndiyi qədər asan deyil. Onlar yalnız səhər 8-dən axşam 6-ya qədər işləyə bilər. Onlara qarşı qoyulan tələblər də az deyil. Pandemiya şəraitində əlavə sanitar qaydalara riayət edilməli, qonaq sayı və onlar arasında məsafənin olmasını da diqqət altında saxlanılmlıdır.
Bu müddət ərzində bir çox iaşə obyekti “sağ qalma” rejiminə keçməli oldu. Bəziləri çarəni çatdırma xidmətini işə salmaqda gördü. Bəziləri isə müflisləşmə həddinə çatdı.
Sputnik Azərbaycan paytaxt mərkəzində yerləşən “Qaraj” pabının sahibi Zaur Novruzovun sözlərinə görə onlar bağlı qaldıqları müddəti təmir və yenilənmə işlərinə həsr edib.
“Müştərilərimiz əsasən xaricilərdir və onlar da 6-ya qədər işdə olurlar. Buna görə də yalnız 6-ya qədər işləmək mümkünsüz görünür. Nə edək, hələ ki işimiz sağ qalmaqdır” - deyə Zaur bizimlə bölüşüb.
Bir şey aydındır. Pandemiya restoranlar üçün əsl sınağa çevrilib. Onların bu sınaqdan necə keçəcəklərini isə yalnız zaman göstərəcək.