CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan poçt göndərişlərinin qəbulunu 40 ölkə ilə bərpa etdi

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidРабота почты, фото из архива
Работа почты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

 

BAKI, 20 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.  Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək. Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla “Azərpoçt” MMC 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.

 

 

Xəbər lenti
0