Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."

© REUTERS / LEAH MILLISПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti apreldə ÜST-ü koronavirusun yayılmasına kifayət qədər operativ reaksiya göstərməməkdə və bu barədə ictimaiyyətə vaxtında məlumat verməməkdə ittiham edib

BAKI, 19 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 gün ərzində ABŞ-ın tələb etdiyi islahatları həyata keçirməsə, Vaşinqton təşkilatın maliyyələşdirilməsini tamamilə dayandıracaq və üzvlüyünə yenidən baxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, belə bir şərti ABŞ Prezidenti Donald Tramp ÜST-ün Direktoru Tedros Adhanom Qebreyesusa ünvanladığı məktubda irəli sürüb.

Ağ Ev başçısının sözlərinə görə, onun administrasiyası ÜST-ün koronavirus pandemiyasına qarşı "uğursuz reaksiyasını" araşdırıb.

"Bu yoxlama son ay ərzində qaldırdığım bir çox ciddi narahatlıqları təsdiqləyib və ÜST-ün reaksiya verməli olduğu digər məsələləri, xüsusilə də təşkilatın Çindən müstəqilliyinin olmaması ilə bağlı narahatlıqları ortaya qoyub", - Tramp "Twitter" səhifəsində dərc etdiyi məktubunda deyib.

ABŞ prezidenti ÜST-dən "əhəmiyyətli islahatlar" aparmağı tələb edib. Bunların arasında təşkilatın "Çindən müstəqilliyini göstərməsi" də var.

Trampın məktubunda deyilir: "Aydındır ki, sizin sistematik səhvləriniz və təşkilatın pandemiyaya reaksiya verərkən buraxdığı səhvlər dünyaya olduqca baha başa gəlib".

Tramp qeyd edib ki, artıq ÜST ilə islahatlar məsələsini müzakirə etməyə başlayıb.

ABŞ prezidenti apreldə ÜST-ü koronavirusun yayılmasına kifayət qədər operativ reaksiya göstərməməkdə və bu barədə ictimaiyyətə vaxtında məlumat verməməkdə ittiham edib.

ABŞ həm koronavirus xəstələrinin sayına, həm də ölənlərin sayına görə birinci yerə çıxıb. Prezidentin özü isə pandemiyaya qarşı mübarizə üçün lazımi tədbirləri gec həyata keçirməkdə ittiham olunur.

Son məlumatlara görə, dünyada təxminən 4,4 milyon insan koronavirusa yoluxub, 300 mindən artıq insan dünyasını dəyişib. Birləşmiş Ştatlarda isə bir milyon yarımdan çox insan koronavirusa yoluxub, 90 mindən çox insan ölüb.

Xəbər lenti
0