BAKI, 19 may — Sputnik. Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Bildirilib ki, artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib.
Bakıda zolaqların sayı artdı: daha insanlar narahat olmayacaqlar
20:29 19.05.2020 (Yenilənib: 23:03 16.11.2021)
© Baku Transport AgencySvetofora piyada seksiyalarının quraşdırılması
© Baku Transport Agency
Abunə olmaq
Artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib