CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Töhmət alan icra başçısı vəzifəsindən istefa verdi

© AZƏRTACПрезидент Азербайджанской туристической ассоциации Нахид Багиров
Президент Азербайджанской туристической ассоциации Нахид Багиров - Sputnik Azərbaycan
Abunə olmaq
Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədri vəzifəsindən istefa verib. Onun yerinə isə Əhməd Qurbanov sədr seçilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlki vəzifəsindən ayrılıb.  Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) müşaviri Müzəffər Ağakərimov məlumat verib. O deyib ki, Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədri vəzifəsindən istefa verib. Onun yerinə isə Əhməd Qurbanov sədr seçilib.

Qeyd edək ki, Nahid Bağırov prezident İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Aprelin 21-də isə Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Xəbər lenti
0