BAKI, 19 may — Sputnik. Zaqatala hərbi prokuroru işdən çıxarılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib. Zaqatala hərbi prokuroru vəzifəsinin icrası Surxay Hüseynova həvalə olunub.